Bu Gün Hava: 20°ABŞ dolları1.7 AZNAvro1.8927 AZN

Azərbaycan “Paleoantropologiya: qədim miqrasiyaları necə tədqiq etmək?” adlı beynəlxalq onlayn tədbirdə təmsil olunub

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Antropologiya Mərkəzinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Dmitri Kiriçenko Rusiya Elmlər Akademiyası Arxeologiya İnstitutu (REA Aİ) tərəfindən “Paleoantropologiya: qədim miqrasiyaları necə tədqiq etmək?” mövzusunda beynəlxalq onlayn tədbirdə iştirak edib.

Arx.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, tədbirdə REA Aİ-nin Kontekstual antropologiya laboratoriyasının rəhbəri, tarix elmləri doktoru Mariya Dobrovolskayanın mühazirəsi dinlənilib.

Mühazirədə qədim insanların sümük qalıqları əsasında miqrasiya məsələlərindən, həmçinin bu mövzuda tədqiqatlarda paleoDNT analizlərinin rolundan bəhs olunub.

Tarixçi alim homosapiens cinsinin miqrasiyaları və dünyanı məskunlaşdırmaları, Epipaleolit (son buzlaşmada Paleolitdən Mezolitə keçid) və Neolit dövrlərində Ön Asiyadan Avropaya miqrasiyalar, Xalkolit, Tunc dövrü Avrasiya miqrasiyaları, iskitlərin köçləri və Xalqların Böyük köçü dövrünün miqrasiyalarını nümunələr kimi göstərib.

Mariya Dobrovolskayanın mühazirəsi miqrasiya proseslərinin bərpasında mütəxəssislərə kömək edən kraniologiya, qədim DNT və izotop analizləri sahələrinə həsr olunmuş 3 bölmədən ibarət olub.

Tədbirdə Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan və Tacikistanı təmsil edən 40-dək mütəxəssis iştirak edib.

top.moy.az