Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8358 AZN
Oxunub: 377 dəfə

72 saylı Yardımlı-Masallı seçki dairəsinə qeydiyyat üçün Vüqar Dadaşov rəsmi müraciət etdi

Paylaş

Tanınmış hüquqşünas, Qarabağ qazisi, Azərbaycan Jurnalistlər Birliyinin və Ziyalılar Klubunun İdarə heyyətinin üzvü Vüqar Dadaşov  09  fevral 2020-ci il tarixdə  keçiriləcək  növbədən kənar parlament seçkilərində namizəd kimi iştirakı üçün 18.12.2019-cu il tarixdə 72 saylı Yardımlı-Masallı seçki dairəsinə ərizə müraciət etmişdir.

Arx.az 72 saylı Yardımlı-Masallı seçki dairəsindən Milli Məclisə deputat mandatına iddialı Vüqar Dadaşovun qısa bioqrafiyasını təqdim edir.

Dadaşov Vüqar Piri oğlu 18.12.1972-ci il tarixdə Yardımlı rayonunun Bozərən kəndində anadan olub, 1990-cı ildə orta məktəbi fərqlənmə ilə bitirib, məktəblilər arasında Azərbaycan Respublika Olimpiadasının qalibi olub, 1991-1996-cı illərdə Azərbaycan Respublikası DİN DQ tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə iştirak edib, 22.09.1993-cü il tarixdə Zəngilan Rayonunda işğalçı ermənilərlə döyüş zamanı yaralanıb.

1996-cı ildən 2014-cü ilədək Rusiya Federasiyasında daimi yaşayıb.
Ali təhsillidir, Moskva Humanitar Akademiyasının Hüquqşünaslıq fakültəsini, və Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin “Bilik” elmi mərkəzinin “Əhalinin və yüklərinin daşınmasinin təşkili” ixtisasını və
“Ural Ali Məktəblər Assosiasiyası “ingilis dili” kursunu bitirib.

2000-2008-ci illər Ümumrusiya Azərbaycanlıları Konqresinin Sverdlovsk vilayəti bölməsinin nəzarət-yoxlama komissiyasının sədri vəzifəsində diaspor fəaliyyəti göstərib. Rusiyada hüquq-mühafizə orqanlarında və vəkillər ittifaqında tərcüməçi, hüquqşünas, hüquq məsləhətçisi kimi vəzifələrdə işləyib.

2015-ci ildən Azərbaycan KİV-də, TV-də, radioda, elektron mediada hüquqşünas, hüquq eksperti və politoloq kimi sıxış edir. 130-dan çox elmi, hüquqi, siyasi araşdırma xarakterli məqalə və Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş 10-dan çox qanun layihələrinin müəllifidir.

2018-ci il Azərbaycan Respublikası Prezident postuna eks namizəd Razi Nurullayevin vəkili olmuşdur.

21.10.2019-cu il tarixdə “Mənim düşüncəm” adlı tarixi-elmi, siyasi-fəlsəfi, ideoloji mövzuda yazılmış kitabı işıq üzü görüb.
Ailəlidir, üç övladı var.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Müharibə veteranı”dır. Prezident təqaüdçüsüdür. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az