Bu Gün Hava: 22°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 31 dəfə

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Onkologiya Mərkəzində müalicə alan uşaqlarla görüşüb

Paylaş

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaq hüquqlarının müdafiəsi, onlar üçün bərabər imkanların yaradılması, onların cəmiyyətə inteqrasiyası və problemlərinin həlli istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir. 15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ərəfəsində Dövlət Komitəsi Milli Onkologiya Mərkəzi və “Pirple Kids” Tədris İnkişaf Mərkəzi ilə birgə Milli Onkologiya Mərkəzində müalicə alan 1–17 yaş arası 54 uşağa mənəvi dəstək göstərmək, onlara şən əhval-ruhiyyə bəxş etmək üçün görüş təşkil edib.

Arx.az Komitəyə istinadla xəbər verir ki, görüşdə uşaqlara Komitə və Tədris Mərkəzi tərəfindən müxtəlif hədiyyələr və şirniyyatlar paylanılıb.

Qeyd edək ki, 15 fevral günü xərçəngə qarşı Ümumdünya Xərçəngli Uşaqların Valideynlərinin Dünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən qeyd olunur. Bu günün qeyd edilməsində əsas məqsəd dünya ictimaiyyətinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu xatırlatmaqdır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az