Bu Gün Hava: 22°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 37 dəfə

Avtomobillərdən ogurluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb

Paylaş

Nəsimi rayonu ərazisində yeddi avtomobildən pul, maqnitofon və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini O.Qayıbxanov rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Arx.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, fevralın 10-da Gəncənin Nizami rayonundakı mağazaların birindən içərisində 800 manat olan pulqabı oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakini L.Əliyeva rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Hazırda inzibati həbsdə saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Novruzovun ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 26-da Bakıxanov qəsəbəsində xətt avtobusunda paytaxt sakini R.Niftəliyevanın çantasından içərisində 450 manat olan pulqabısını oğurlaması da müəyyənləşdirilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az