Bu Gün Hava: 22°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 40 dəfə

Azərbaycana 38 əcnəbi vətəndaşın saxta sənədlərlə gəlməsinin qarşısı alınıb

Paylaş

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini uğurla davam etdirir.

Arx.az DSX-nin mətbuat mərkəzinə istinadla xəbər verir ki, Xidmətin sərhəd nəzarəti əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqəsində 38 əcnəbinin, o cümlədən 21 nəfər İran, 3 nəfər İraq, 3 nəfər Özbəkistan, 2 nəfər Hindistan, 2 nəfər Misir, 2 nəfər Pakistan, 2 nəfər Efiopiya və hər birindən 1 nəfər olmaqla, Küveyt, Nigeriya, Nepal vətəndaşının sənədlərinin saxtalaşdırılması halları müəyyən edilib.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Dövlət sərhədinin pozulmasına cəhd hallarının təhlili göstərir ki, əsasən, Yaxın Şərq və Asiya ölkələrinin vətəndaşları Avropa ölkələrinə məxsus saxta pasport və vizalardan istifadə edərək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə getməyə cəhd göstərirlər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az