Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 124 dəfə

“Azəriqaz” İstehsalat Birliyi “Bir gündə 650 min agac əkək” kompaniyasına qoşulub

Paylaş

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dahi mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda keçirilən “Bir gündə 650 min ağac əkək” kompaniyasına SOCAR-ın digər təşkilatları ilə yanaşı, “Azəriqaz” İstehsalat Birliyi də qoşulub.

Aksiya çərçivəsində 15 növdən ibarət 5 min ağac tingi, dekorativ kol və güllər əkilib. Onlardan 2 mini Bakı və Abşeron yarımadasında, 3 mini isə regionlarda əkilib. “Azəriqaz” İB-nin Bakı və Abşeron yarımadasında yerləşən, həmçinin respublika üzrə bütün regional struktur bölmələri məmnuniyyətlə bu tədbirdə iştirak ediblər.

Arx.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az