Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 23 dəfə

Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun dogum günüdür

Paylaş

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə fevralın 7-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə paytaxtın gənc fəalları, idman federasiyalarının nümayəndələri, şagirdlər və tələbələr II Fəxri xiyabana gələrək qəhrəmanın məzarını ziyarət ediblər.

Arx.az BŞGİBİ-yə istinadla xəbər verir ki, Milli Qəhrəmanın məzarına gül dəstələri düzülüb, Azərbaycanın dövlət himni oxunub.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Mübariz İbrahimovun qəhrəmanlıq rəmzi olduğunu bildirib. O, Mübariz İbrahimovun qısa, lakin şərəfli ömrünün, bənzərsiz qəhrəmanlığının hər bir azərbaycanlı üçün örnək təşkil etdiyini diqqətə çatdırıb.

Tədbirdə Azərbaycan Prezidentinin şəhid ailələrinə, Qarabağ qazilərinə yüksək qayğısından, gənclərimizin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi işinin daim diqqət mərkəzində saxlamasından danışılıb.

Bildirilib ki, gənclərimizin ən mühüm vəzifəsi Ali Baş Komandanımızın torpaqlarımızın işğaldan azad edilməsi əmrinə hər an hazır olmaqdır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az