Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 18 dəfə

Çindən Türkiyəyə gətirilmiş 61 nəfərdə koronavirus aşkar edilməyib

Paylaş

Çinin Uxan şəhərindən Türkiyəyə gətirilmiş, aralarında Azərbaycan vətəndaşlarının da olduğu 61 nəfərin ikinci qan analizlərində də koronavirus aşkarlanmayıb.

Arx.az yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Bundan əlavə nazir canlı heyvan, yağ, dəri kimi heyvan məhsullarının Çindən Türkiyəyə idxalının müvəqqəti dayandırıldığını da bildirib.

Qeyd edək ki, virusun ölkəyə daxil olmasının qarşısının alınması məqsədilə Türkiyəyə səfər edən bütün sərnişinlər hava limanlarında termal kameralarla yoxlanılırlar.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az