Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro1.909 AZN
Oxunub: 1. 335 dəfə

Dünyasını dəyişən el agsaqqalı

Paylaş

Cəmiyyətimizdə sayılıb seçilən insanlar olur.Ziyalı,din xadimi,sənətini sevən sənətkar.Eli obanı sevirsə,insanlara inanclı yanaşırsa daha mükəmməl,daha sevilir.Peyğəmbər nəslinin davamçılarına bəzən seyid,övliya,bəzən də şıx deyirlər.Nəsilliklə davam edən proses cəmiyyətdə oturuşmuş bir prosesdi.Nəslin bir nümayəndəsi obanın ağsaqqalı (yaşından asılı olmayaraq) insanların sevimlisinə çevrilir.Onlarla qürür duyur sonda xalqın çiynində həqiqi mənzilinə yola salınır.

Arx.az bu gün belə şəxslərdən biri haqqında söz açacaq.

Isti yay günü Göyçayın İnçə kəndində yeddi iyun 1942 cı ildə Abuzər babanın ocağında oğlan uşağı dünyaya gəlir,adını Əlləddin qoyurlar.Nur üzlü,xoş təbəssümlü,insanların sevimlisinə çevrilir.İllər keçir uşaq böyüyür,cavan yaşlarından “Baba” adını qazanır.Bölgənin sevimlisinə çevrilir.Görəndə ayağa qalxarlar,elin toyu onsuz keçirilməz,məclisin söz sahibi idi.

Ocağına gedəndə Allahdan dualar edər,Allah yolunda qurbanlar kəsilər.Qonaqlı qaralı olar Şıxların həyətləri.Küsənləri barışdırar,hər problemi özünkü kimi dinləyər,həllinə çalışar,ehtiyac olarsa rəsmi şəxslərə həll etməyə çalışardı.

Böyük Qafqaz sıra dağlarının Azərbaycanda olan hissəsi Bazardüzü silsiləsinə aid zirvəyə Baba dağı adlandırılır.Bununla bağlı Rəvayətlər və folklor nümunələri var.

Dərbənd, Quba, Şabran, Bakı, Şamaxı, Göyçay, İsmayıllı, Şəki, Gəncə, Təbriz, Borçalı ümumiyyətlə Azərbaycan yurdunda şəcərənin izlərinə rast gəlinir,çox ağır ocaq sayılır.Hətta şimalda Cuni baba piri var. Canıbaba-Cuni baba sözünün asimliyasından alınıb. Bibiheybət piri, Şamaxıda Şıxeyyub piri, Pirsaat piri, Gəncədə İmamazadə, İsmayıllıda Nənəqəbir (Qrov kəndi yaxınlığı), Diribaba piri. Ola bilsin bilmədiklərim daha çoxdu amma yenə var.

Ocaqlar haqqında xalqımızın sevə-sevə söylədiyi,Allahın möcüzəsi sayılacaq hadisələr baş verib.

Deməli Abuzər baba-Ələddin babanın atası sübh namazın Baba dağında qılarmış.Hətta xanımı belə hiss etməz.Təxminən evdən dağa 100-120 km məsafə var.Yay günündə belə hadisə olur.Ayaqqabıları qar içində olanda hamı təccüblənir.Məcbur olur izah edir ki,namazda idim,çoxlu qar yağırdı dağa.

May, gözəl Şirvan bölgəsində isti aydı,Abuzər baba dünyasın dəyişir.Qəbirstanlıqda qəbri qazılıbmış belə.Qar yağmağa başlayır elə yağır ki,cənazəni qəbirstanlığa apara bilmirlər.Ağsaqqalların məsləhəti ilə həyətdə dəfn edilir.

Ələddin baba uşaq imiş.Namaz vaxtı camaat namaza gedir.Qapı bağlı olur nə qədər çalışırlar qapılar açılmır.Qapını sındırmaq istəyirlər.Cavanlar çalışır yenə açılmır.Ələddini gətirirlər qapıya əlləri ilə vurur taybatay açılır.Təccüüblə qarşılanır söz aciz qalır danışılmağa.

Əlləddin baba özü Şahsoltanlı kəndinin ağsaqqaları ilə söhbət,edib dincəlirlər.Taxıl zəmisinin yaxınlığı imiş.Yanğın başlayır taxıl yanır hamı başlayır tədarükə.Ələddin baba dayandıqları yerdən çəkilmir ki,taxıllar hamısı yanmaz Allah öz bərəkətini yanmağa qoymaz.Yanğın yanına çatanda yavaşıyır,külək istiqaməti dəyişir ,yanğın müdaxiləsiz sönür.

Cənazənin yerdən qalxmaması haqqında başqa rəvayət var.Yoldaşı yəni rəhmətlik (Abuzır babanın yoldaşı Zərif xanım)-dan başqa heç kəs bilmirdi.Sağlığında Abuzər baba vəsiyyət edib ki,öz torpağımda dəfin edin.Dünyasın dəyişir,yerdən qaldırmaq istəyirlər alınmır.Bəlkə başqa arzusu olub ,vəsi olub soruşurlar.Xanımını çağırıb soruşurlar-Birinci dəfə eşidəndə elə bildim söz gəlişi deyir.Vəsisini təkrar edəndən dərhal sonra məzar qazılır və dəfn olunur.Rəhmətlik Gülnisə xanım qız övladı danışarmış sağlığında bunları.

Abuzər babanın sübh namazını Baba dağında qılmağını Bir Allah birdə Zərif xanım bilərmiş.Bu bir sirr olarmış.Amma sübh namazını qılıb qayıdan zaman yolda bir nəfər görüb,daha gedə bilməyib Sübh namazını qılmağa.Yəni iki şəxsdən başqa bir kəs bilməməliymiş.

Ələddin babanın televizor ustası olması maraqlıdı.Texniki ali təhsili olmayan,ən güclü usta idi. Bədahətən ustalıq verilmişdi ,təcürbəli ustalar belə həsəd aparmışlar.Bilmədiklərini öyrənənərmişlər.

Aprel hadisələrinin qızğın vaxtı idi.4-5 aprel olardı.Cəbhədən ağlı-qaralı xəbərlər gəlirdi.Babanı gördüm məktəbin qabağında babanı gördüm (mərkəz sayılır) soruşdum necə olacaq?-Deyirlər müharibə başlayıb,cavanlarda hazırıq çağırır vətən.

Əllərini qaldırdı yuxarı dedi-Allah xalqımızı,cavanlarımızı,dövlətimizi qorusun.Azərbaycan dövləti və xalqı o vaxtıkı deyil.Güclü ordumuz,bacarıqlı başçımız var,torpaqlarımızı düşmənlərdən alacayıq.Allah sizi qorusun oğul.

Bu səs qulağımdan getməz.Daimə xatırlayacağam.

Xalqımız səni,unutmaz,ocağını yurdunu sevər,qoruyar,məhəbbətlə xatırlayar.Ulu tanrıdan rəhmət diləyir,yerin cənnət olsun.Hamımızın sevimlimiz ocağın yetirməsi Ələddin baba.

Deyim var ki,evdən gedən olur!,evdən gedən olur.

Mahnıda söylənilir-Kimlərə qaldı dünya,dolub boşaldı dünya,olmadı sirrin açan.Həmişə qaldı sirli dünya..

Əsədov Aslan

Nəqliyyat eksperti

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az