Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0006 AZN
Oxunub: 191 dəfə

FHN təhlükə mənbələrinin aradan qaldırılması işini davam etdirir.

Paylaş

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti yanğınların baş verə biləcəyi ərazilərdə təhlükə mənbələrinin aradan qaldırılması işini davam etdirir.

Arx.az FHN-nə istinadən bildirir ki, respublikanın şəhər və rayonlarında yanğın təhlükəsinin aradan qaldırılması məqsədilə yerli icra strukturlarının və bələdiyyələrin nümayəndələrinin iştirakı ilə əvvəlcədən müəyyən edilmiş, təyinatı üzrə zibilxana kimi nəzərdə tutulmayan ünvanlardan məişət tullantılarının, həmçinin yolların və müxtəlif təyinatlı obyektlərin bilavasitə yaxınlığında olan quru kol-kos və s. ərazilərin təmizlənməsi, müvafiq yerlərə daşınması işləri həyata keçirilir.

Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi Qaydalarının ərazinin saxlanılmasına dair yanğın təhlükəsizliyi tələbinə görə, yaşayış məntəqələrinin və müəssisələrin əraziləri, bina və tikililərin ara məsafələri tullantılardan, zibildən, quru otlardan, tökülmüş yarpaqlardan və yana bilən digər materiallardan təmizlənməlidir.

Bu tələb icra edilmədiyi təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsinə uyğun olaraq, “Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi”nə görə inzibati məsuliyyət nəzərdə tutulub.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az