Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0006 AZN
Oxunub: 118 dəfə

Gələn ilin əvvəlində şaxtalı və qarlı günlərin sayı azalacaq

Paylaş

Gələn ilin yanvar ayında Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şaxtalı və qarlı günlərin sayı azalacaq. Dünya Meteorologiya Təşkilatının xüsusiləşdirilmiş mərkəzlərinin məlumatına əsasən, bizim regionda temperatur rejimində müsbət anomaliyanın üstünlüyü, yağıntıların isə, bəzi şərq rayonları istisna olmaqla, normadan az olacağı gözlənilir.

Arx.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva dekabrın 25-də keçirdiyi brifinqdə deyib.

Hidrometeorologiya Departamentinin direktoru, həmçinin qeyd edib ki, yanvar ayında paytaxtda havanın orta minimal temperaturu müsbət 2,4 dərəcəyə yaxın olur.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az