Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 33 dəfə

Gömrük əməkdaşları gömrük nəzarətindən gizlədilən telefonlar aşkar ediblər

Paylaş

Gömrük nəzarətindən gizlədilən mobil telefonlar aşkarlanıb.

Arx.az Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının “VAZ 21074” markalı minik nəqliyyat vasitəsi saxlanılıb və sürücü şifahi sorğu-sual olunub.

Bu zaman o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin gömrük yoxlaması zamanı onun idarə etdiyi avtomobilin salonunda gizlədilən 3 ədəd “iPhone 11”, vətəndaşın üzərindən isə 1 ədəd “iPhone 11 Pro” markalı mobil telefon aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az