Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 12 dəfə

Gürcüstan hökumətinin yaratdıgı sayt Azərbaycan dilində də məlumat yayacaq

Paylaş

Gürcüstan hökumətinin ölkədə koronavirusla bağlı yaratdığı xüsusi stopcov.ge saytı Azərbaycan dilində də məlumat yayacaq.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin mətbuat katibi İrakli Çikovani məlumat verib.

Onun sözlərinə görə, saytın yeni versiyası artıq hazırdır və martın 25-dən fəaliyyətə başlayıb.

Saytda koronavirusla bağlı statistik göstəricilər, dövlətin bu virusla mübarizə istiqamətində atdığı addımlar və qəbul etdiyi qərarlar, tövsiyələr və digər məlumatlar yerləşdirilib.

Martın 3-dən aktiv olan sayt gündəlik olaraq yenilənir.

Stopcov.ge bu günə qədər yalnız gürcü və ingilis dillərində olub. Saytın başqa dildə də versiyası hazırlanır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az