Bu Gün Hava: 21°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 36 dəfə

Kanadada Milli Qəhrəman Mübariz İbrahimovun anım tədbiri keçirilib

Paylaş

Kanadanın Ottava şəhərindəki Minto Parkında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım tədbiri keçirilib.

Arx.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadla xəbər verir ki, 2014-cü il iyunun 8-dən bu parkda Vətənimizin igid oğlunun şərəfinə məlumat lövhəsi yerləşdirilib və ağac əkilib.

O zamandan bəri Ottavadakı soydaşlarımız hər il bu lövhənin qarşısına toplaşaraq Mübariz İbrahimovun əziz xatirəsini yad edirlər. Bu il keçirilən mərasimdə Ottavadakı Azərbaycan icmasının üzvləri, “Qarabağ” Azərbaycan dili məktəbinin müəllimləri və şagirdləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olmuş Mübariz İbrahimovun həyatı barədə məlumat verərək, onu gənclərimizin qəhrəmanlıq nümunəsi adlandırıblar. Qeyd edilib ki, Mübariz İbrahimovun, eləcə də şəhidlərimizin əziz xatirəsini daim yaşatmaq hər bir azərbaycanlının borcudur.

Xatırladaq ki, Mübariz İbrahimov 2010-cu ilin iyununda təmas xəttində Ermənistan silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az