Bu Gün Hava: 8°ABŞ dolları1.7 AZNAvro1.8352 AZN
Oxunub: 14 dəfə

“Kəşfiyyat manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib

Paylaş

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində 2020-ci il üçün mülki müdafiə kurslarının komplektləşdirmə planına əsasən, fevralın 11-dən 13-dək “Kəşfiyyat manqa komandirləri” kateqoriyası üzrə mülki müdafiə kursları keçirilib.

Arx.az FHN-ə istinadla xəbər verir ki, kurslarda dinləyicilərə əhalinin baş verə biləcək fövqəladə hadisələrdən mühafizəsi üsulları, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydaları, idarəetmə orqanlarının əhalinin mühafizəsi sahəsində rolu və zərərçəkmişlərə ilk tibbi yardımın göstərilməsinə dair məşğələlər keçirilib.

Həmçinin mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqların təkmilləşdirilməsi, habelə mülki müdafiə sahəsində vəzifələrin yerinə yetirilməsi mövzuları da diqqət mərkəzində olub.

Mövzular fotoslaydların müşayiəti ilə təqdim edilib.

Sonra dinləyicilər xüsusi xilasetmə avadanlıqları ilə yaxından tanış olub, kollektiv mühafizə qurğusu yerləşən sığınacağa baxış keçiriblər.

Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr verilib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az