Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0006 AZN
Oxunub: 86 dəfə

Koronavirusla mübarizə tədbirlərində Tibb Universitetinin həkimləri də iştirak edirlər

Paylaş

Qlobal bəlaya çevrilən koronavirusla mübarizədə səhiyyə işçilərinin rolu danılmazdır. Azərbaycan həkimləri də bu çətin dönəmdə öz fədakarlıqlarını nümayiş etdirirlər.

Arx.az Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkəmizdə karantində olan insanların müayinəsində, eləcə də, bu virusa yoluxanların müalicəsində universitetin həkimləri, klinikalarının personalı və könüllü tələbələri də iştirak edirlər.

Qeyd edək ki, ötən ilin dekabrında Çinin Uxan şəhərində aşkarlanan və sonradan digər ölkələrdə də yayılan koronavirus Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemik virus elan olunub. Bu infeksiya bir neçə ay ərzində demək olar ki, bütün ölkələri, qitələri bürüyüb.

Azərbaycanda kononavirusun yayılmasının qarşısını almaq üçün vaxtında qabaqlayıcı tədbirlər görülüb. Ölkəmizdə həyata keçirilən əks-epidemik tədbirlər bu gün də davam etdirilir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az