Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 28 dəfə

Məktəblərdə yangın təhlükəsizliyi qaydaları haqqında maarifləndirmə tədbirləri keçirilib

Paylaş

Fevralın 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə Binəqədi rayonundakı 157 nömrəli tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib.

Arx.az FHN-ə istinadla xəbər verir ki, tədbirdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 – qaynar xəttinə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” adlı videoçarxlar təqdim edilib, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, ərazinin daim təmiz vəziyyətdə saxlanması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılmasının zəruriliyi diqqətə çatdırılıb.

Tədbirdə pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşmanın vacibliyi də qeyd olunub.

Sonra odsöndürən balonlardan istifadə qaydaları əyani nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün müvafiq yaddaş vərəqələri, bukletlər paylanıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az