Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 94 dəfə

Ogurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıb

Paylaş

Xətai rayonunda oğurluqla məşğul olan şəxs tutulub.

Arx.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 23-də rayon ərazisində “Hyundai” markalı avtomobildən iki ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Babayev və Ağdam rayon sakini S.Əliyev yaxalanıblar.

Abşeron rayonundakı iki evdən 100 metr elektrik naqili, noutbuk, kombi aparatı və su mühərriki oğurlamaqda şübhəli bilinən Novxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş R.Fərmanov rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

top.moy.az