Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8358 AZN
Oxunub: 227 dəfə

Qazaxın İcra Başçısının aldıgı 250000-lik avtomobili ona Polad Ələmdar adını qazandırdı

Paylaş

Ölkə başçımız məhtərəm cənab İlham Əliyev hər zaman tapşırıq verir ki, məmurlar xalqın malını talamasınlar, vətəndaşlara xidmət etsinlər. Ancaq təəssüf ki, bəzi icra başçıları cənab Prezidentin əleyhinə gedirlər.

Arx.az xəbər verir ki, onlardan biri də Qazaxın icra başçısı Rəcəb Babaşovdur.

Uzun müddət vergi sahəsində çalışaraq böyük var-dövlətə sahib olaraq Səbail rayonunda maşın salonları, kafelər, prafilaktoriyalara, şadlıq evlərinə sahib olsa da indi də Qazaxda obeyktlər alır. Hətta özünə 250000 manat dəyərində Reng Rover markalı maşın alaraq sanki kasıb təbəqələrə acıq verir. İcra başçısı 250000 manat dəyərində olan maşınını özü sürərək xalqın içində gəzməsi kasıb təbəqədə yaşayan insanlar tərəfindən xoş qarşılanmır. O özünü guya humanist göstərsə də ancaq faktlar göstərir ki, belə deyil. Rayonda ziyalılara, əsasən Bakıda yaşayan Qazax sakinlərinə qarşı aqressiv və repressiv mövqe tutan Rəcəb Babaşovu mətbuat yaxşı tanıyır.

Qazax haqda yazıb-yaradan, vətən sevgisinə sadiq yazarları, şairləri, elm adamlarını Qazaxdan didərgin salan Babaşov hətta son zamanlar bir neçə yazarın kitabının təqdimatına imkan verməyərək 2 ci Şıxlıdan olan cəbhəçi və bəzi müsavatçıları yazarların üstünə qaldırıb rayondakı Qarabağ qazilərinə də səhv məlumat verərək onları hədələtdirmişdi. Məlumatımıza görə Bakıda yaşayan bir çox qazaxlı yazar və ziyalıları o rayona buraxmır. Ancaq mətbuatda pul verərək özünü təriflədir.

Hətta öz şəkillərini bəzi müdirlərin başlarının üstündən asdırmaq cəhdləri, kəndlərdə görüşlərdə özünə həsr etdirdiyi şeirləri uşaqlara oxutdurması da mətbuatda zaman zaman yayılmış həqiqətlərdəndir. Rayonda qurulan yenilikləri, görülən işləri ölkə başçımızın adı ilə deyil, öz adı ilə bağlayaraq ancaq özünə saytlarda tərif yazdıran Babaşov indi də özünə bahalı maşın alaraq kasıb təbəqəyə bir növ acıq verir. O insanları pulla ələ alma cəhdləri nəticəsində özünə qarşı süni tərif təbəqəsi yaradıb.

Xüsusi görüm baxım edilən insanlar var ki, sosial şəbəkələrdə ancaq Babaşovun tərifi ilə məşğuldurlar. Halbuki Qazaxda və bütün rayonlarda görülən işlər birbaşa cənab Prezidentin xalqın rifahı naminə ayırdığı pulla görülür. Bəs onda Rəcəb Babaşov pulla təriflər yazdırdığı adamlar niyə ölkə başçısını yox Babaşovu təqdir edirlər?

Babaşovun bir adamı hətta bu yaxınlarda qardaş Türkiyə Cümhuriyyətinin prezideni cənab Ərdoğanın siyasəti əleyhinə yazılar da yazırdı. Babaşovun sünü humanistlik-qayğıkeşlik görüntüsü yaradaraq ölkə rəhbərliyinin əksinə olaraq atdığı addımlar onun şəxsi ambissiyalarından xəbər verir.

Rayonun deputatı Kamran Nəbizadənin də buna rəvac verməsi, özünün isə xalqdan əhalidən kənar gəzməsi anlaşılan deyil. Çünki öz seçicilərinin müraciətlərinə baxmayan deputat, başçının bu kimi ölkə başçısının əleyhinə atdığı addımlara göz yuman məmur icra başçısı ilə iş birliyi, biznes ortaqlığı yoxdursa niyə sussun ki?

Kəndlərin çoxunda hələ də insanlar araba ilə su daşıyır, başçı isə özünə 250 minlik maşın alır.Deputat da telefonunu söndürüb, köməkçilərinin də telefonunu söndürüb əhalidən qaçır. Buna ancaq bir ad vermək olar: cənab Prezidentin apardığı islahatlara qarşı çıxmaq. Əminəm ki, bu haqda ciddi ölçü götürüləcək və bu rüşvətxorluğun, xalqın əleyhinə olmağın cəzası veriləcək.

Ardı var…

Bizimlə əlaqə: arx.az@mail.ru

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az