Bu Gün Hava: 21°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 45 dəfə

Paytaxtın polis orqanları tərəfindən 30 cinayətin üstü açılıb

Paylaş

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün 30 cinayətin üstü açılıb.

Arx.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadla xəbər verir ki, onlardan dördü əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdir.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 26 nəfər saxlanılıb. Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 15 fakt müəyyən edilib. İtkin düşmüş kimi axtarılan 4 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az