Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 23 dəfə

Qaçaqmalçılıq yolu ilə ölkəyə siqaret gətirilməsi cəhdinin qarşısı alınıb

Paylaş

Siqaretlərin ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilməsi cəhdinin qarşısı alınıb.

Arx.az Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadla xəbər verir ki, Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Türkiyə vətəndaşının “Mercedes-Benz Travego 17 SHD” markalı avtomobil saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Bu zaman vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin yük yerində gömrük nəzarətindən gizlədilən 400 ədəd “Marlboro edge”, 400 ədəd “Parliament” və 6600 ədəd “Marlboro touch” markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az