Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 678 dəfə

Qazax Ziyalılar Klubundan Arif Məhərrəmova dəsdək..

Paylaş

Azərbaycan xalqının qəhrəman oğullarından biri, 20 yanvar, Qarabağ əlili, Çeçenistan Respublikasının Milli qəhrəmanı Arif Məhərrəmova qarşı sosial şəbəkələrdə təhdid və təzyiqlər ictimaiyyətimizi narahat etməkdədir. Bu səbəbdən də Azərbaycanın siyasi, ictimai aktivləri sözü gedən məsələyə kəskin etiraz etməklə Arif Məhərrəmova öz dəstəklərini bildirir, onunla görüş keçirirlər. Belə görüşlərin biridə 12.11.2019 tarixdə Bakı şəhərində keçirilmiş və bir sıra elm, ictimai aktivlər Arif Məhərrəmovla şəxsən görüşərək əyani dəstəklərini bildirmişlər.

Arx.az xəbər verir ki, Keçirilən həmin görüşdə Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar Birliyinin üzvü, DGTYB-nin MŞ-nın üzvü, “Dünyanın səsi” və “Nöqtə” qəzetinin baş redaktoru, “Nöqtə-Yeni Başlanğıc” İB-nin sədri, çoxlu kitab müəllifi, ilahiyyatçı alim Tural İrfan(Əhmədov), araşdırmaçı yazar-publisist, “Carçı Araşdırma Mərkəzi”nin sədri, bir neçə sənədli kitab müəllifi Sərxan Carçı (Carçıyev), tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İH-nin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşov iştirak edərək Azərbaycanın qəhrəman oğlu Arif Məhərrəmova öz dəstəklərini bildirmiş və bununla bağlı ictimaiyyətə müraciət edərək qədirbilən xalqımızı öz qəhrəmanı Arif Məhərrəmova arxa durmağa səsləmişlər. Xalqımızın igid oğlu Arif Məhərrəmova qarşı bütün təzyiqlərin və belə anti milli halların yolverilməzliyini qeyd etmişlər.

Xatırladaq ki, Arif Məhərrəmov 1990-cı ilin 20 yanvarında yaralanaraq I qrup əlil olub. Daha sonra 1992-1994-cü illərdə Qarabağda döyüşüb. Azərbaycan Respublikası prezidentinin təqdimatı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülsə də, rəsmən bu addan imtina edib. (səbəb: torpaqların hələ də işgaldan azad olmaması) 1994-1998-ci illərdə Çeçenisatanda döyüşlərdə iştirak edib. 1997-ci ilə Cövhərqala şəhərinin ilk fəxri vətəndaşı, 1998-ci ildə isə Çeçenistanın Milli Qəhrəmanı fəxri adını alıb. Arif Məhərrəmov 20 yanvar faciəsinin əlilinin həyat yoldaşı, Qarabağ şəhidi Asif Məhərrəmovun isə qardaşıdır.

Tural İrfan, Sərxan Carçı və Vüqar Dadaşov eyni zamanda da Azərbaycan Respublikası hüquq-mühafizə orqanlarına mətbuat vasitəsi ilə müraciət edərək xalqımızın qəhrəman oğlu Arif Məhərrəmova qarşı başladılmış kampaniyanın qarşısını almağa və günahkarları məsuliyyətə cəlb edilməsini xahiş etmişlər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az