Bu Gün Hava: 21°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 42 dəfə

Rayonlarda icazəsiz ov edən şəxslər saxlanılıb

Paylaş

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlər idarələrinin əməkdaşları Sumqayıt şəhəri, Xızı, Qusar və Xaçmaz rayonları ərazisində icazəsiz ov edən şəxsləri saxlayıblar.

Arx.az Nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, araşdırma zamanı ov edənlərin Sumqayıt şəhər sakinləri Şahin Qədimov, Rüstəm Məmmədəliyev, Bakı şəhər sakini Teymur Əliyev, Xaçmaz rayon sakinləri Cavid Babaəliyev, Azər Quliyev, Murad Səfərov və Qusar rayon sakini Sədi Orduxanov olduğu müəyyən edilib.

Faktlarla bağlı təqsirkarlar barəsində protokol tərtib olunub və onların hər biri 1000 manat məbləğində cərimələniblər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az