Bu Gün Hava: 8°ABŞ dolları1.7 AZNAvro1.8427 AZN
Oxunub: 313 dəfə

Röyanın xeyirxahlıgı Qazax icra strukturlarına komendat postu qurdurdu

Paylaş

“Bu gün Quşçu Ayrım kəndinə gedən yol, dünən Röya xanımın etdiyi xeyirxah işə görə bağlanıb”.

Arx.az xəbər verir ki, bu sözləri Yeniavaz.com-a video ilə müraciət ünvanlayan Quşçu Ayrım kəndinin sakini və həmin kənddə müəllim vəzifəsində çalışan Orxan Hacıyev bildirib.

O həmçinin, redaksiyamızla əlaqə saxlayaraq Xalq artisti Röyanın Qazaxın Quşçu Ayrım kəndini ziyarət etməsində iştirak etdiyi üçün təzyiqlərə məruz qaldığını bildirib.

Sözügedən kadrları təqdim edirik:

Xalq artistinin Quşçı Ayrım kəndində, Əsmər Cəfərovanın evinə qonaq olması və onun evinin bərpasına kömək edəcəyini bildirməsi, Ə. Cəfərovanın oğlunun da yaşadığı kəndə buraxılmasına maneə yaradıb.

O Yeniavaz.com-a açıqlamasında bildirib ki, onu öz kəndlərinə buraxmaq üçün buraxılış vərəqəsi istəyiblər: “Qazax rayonunun Abbasbəyli kəndinin girəcəyində komendant postu yaradılıb və bizi Fərəhli, Məzəm və Quşçu Ayrım kəndlərinə buraxılış vərəqəsi ilə buraxırlar. Biz gəldik həmin postdan buraxmadılar. Soruşdum səbəbini, dedilər ki, dünən Xalq artisti Röya xanım Quşçu Ayrım kəndinə qonaq gəlib ona görə. Bildirdilər ki, buradan keçmək üçün rəisdən icazə almalısınız.

Mən də dedim ki, bağışlayın, bundan sonra evimizə kimsə qonaq gəlsə, sizdən icazə alarıq. Bir nəfərin dəfn mərasimi var idi. Bir xeyli insan həmin yas yerinə gedirdik – 15-20 avtomobil və hamısı da insanlarla dolu. Röya xanım bizə qonaq gəldiyi üçün bu qədər insanı kəndin girəcəyində saxlamışdılar, buraxmırdılar. Vüsal adlı bir serjant var idi, bizə deyir ki, buraxılış vərəqəsi gətirin. Deyirəm ki, haradan alaq biz o vərəqəni?

Deyir, get Qazax rayonundan al. Yəni, bizi öz kəndimizə buraxmaq üçün bizdən buraxılış vərəqəsi istəyirlər. Səbəbi də budur ki, dünən Röya xanım bizə qonaq gəlib. Mən də dedim ki, mənim evimə hər kəs qonaq gələ bilər”.

 O həmçinin Xalq artistinin evlərində qonaq olması məsələsindən də danışıb: “Bizim evə bir qardaş gəlib çəkiliş etmişdi. Çəkiliş zamanı bizim evin şəraitsizliyi də kadrlara düşmüşdü. Röya xanım da bizə qonaq gəldi, çayımızı içdi, səmimi söhbət elədi bizimlə. Evimizin bərpası üçün əlindən gələni edəcəyini dedi. Etsə də sağ olsun, etməsə də. Onun o səmimiyyəti bizə bəs etdi”.

 Məsələ ilə bağlı Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cabasız qaldı.
R. Ayxan isə mətbuata yaydığı açıqlamada Əsmər Cəfərovanı ziyarət etməsi faktını təsdiqləmiş və icra başçılarına müraciət etmişdi: “Hər kəsdən rica edərdim, xüsusilə icra başçılarından. Rəhbər olduqları rayonlara diqqət yetirsinlər. Elə ailələr var ki, işləyir, dolanışlarını təmin edə bilir.

Amma istərdim ki, bu cür yaşlı insanların yaşayışına diqqət yetirsinlər. Burada çətin bir şey yoxdur. Mənim 1-2 toyumun puludursa, onlar üçün heç nədir. Bunu tək mən etdim, amma başqaları da var. Bayram günü hamını sevindirin”.

Bizimlə əlaqə: arx.az@mail.ru

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az