Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 16 dəfə

Sularda Xilasetmə Dövlət Xidməti nazirliyi maarifləndirmə tədbiri keçirib

Paylaş

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nazirliyin Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə fevralın 7-də Xəzər rayonunun Buzovna qəsəbəsində kiçikhəcmli gəmilərin istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib.

Arx.az FHN-ə istinadla xəbər verir ki, “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə gəmi istifadəçilərinə bu tip gəmilərin təchizatının minimum normalarının tələbləri və təhlükəsiz istismar qaydaları barədə ətraflı məlumat verilib.

Həmçinin həmin gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınması, texniki baxışdan keçirilməsi və müvafiq sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.

Eyni zamanda, kiçikhəcmli gəmi sürücüləri naviqasiya cihazları, fərdi xilasedici vasitələr və həmin vasitələrdən istifadə qaydaları haqqında da maarifləndirilib.

Sonda tədbir iştirakçılarına maarifləndirici broşürlər paylanıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az