Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 90 dəfə

Yol Patrul Xidməti əməkdaşları tərəfindən sürücülər və sərnişinlər ciddi yoxlanılır

Paylaş

Yol polisi əməkdaşları ölkəmizdə koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirləri davam etdirirlər.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, keçirilən tədbirlər çərçivəsində Yol Patrul Xidməti əməkdaşları tərəfindən paytaxtda müvafiq icazə olmadan hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri və sərnişinləri ciddi yoxlanılır.

Xüsusi rejimlə əlaqədar sürücülər və nəqliyyat vasitələrində olan sərnişinlər ciddi yoxlamalardan keçirilir. Səbəbsiz yerə yaşayış yerlərini tərk edən sürücü və sərnişinlər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə edilirlər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az