Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 57 dəfə

Azərbaycan Ordusunun hərbi hissələrində nəzarət qrupları yaradılıb

Paylaş

Koronavirus pandemiyası təhlükəsi ilə əlaqədar Azərbaycan Ordusunun hərbi hissələrində nəzarət qrupları yaradılıb.

Bunu Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin xidmət rəisi polkovnik Eldəniz Yəhyayev pandemiya təhlükəsi ilə əlaqədar hərbi hissələrdə görülən qabaqlayıcı tədbirlər barədə danışarkən deyib.

Eldəniz Yəhyayev bildirib ki, hərbi hissələrdə ərzaq təminatı ilə məşğul olan bütün şəxsi heyət müntəzəm olaraq yoxlamadan keçirilir və istifadə olunan mətbəx avadanlıqları, şəxsi heyətin qidalandığı bütün qablar xüsusi məhlullarla yuyulur, dezinfeksiya olunur.

Təhlükəsizliyi və təmizliyi tam təmin etmək üçün hərbi hissələrdə komandirlər nəzarət qrupları yaradıb. Bu qruplar şəxsi heyətin yeməkxanaya girişi zamanı əllərini spirt tərkibli antiseptik vasitələrlə dezinfeksiya etməsinə, eləcə də digər proseslərə ciddi nəzarət edir.

“Məlum olduğu kimi, immuniteti zəif olan insanlar koronavirus infeksiyasına daha tez yoluxurlar. Müdafiə nazirinin xüsusi göstərişinə əsasən vitaminləşdirmə gücləndirilir, rasiona C vitamini ilə zəngin olan meyvə və tərəvəzlər daxil edilir. Təzə alma, sarımsaq, soğan, kələm və çuğundurdan istifadəyə xüsusi diqqət edirik.

Nahar və şam yeməklərində təzə tərəvəzlərdən hazırlanmış salatlar da verilir. Vətəndaşlarımıza müraciət edərək bütün şəxsi heyət adından demək istəyirəm ki, biz onlar üçün Vətənin keşiyində dayanmışıq. Onlar da bizim üçün sağlamlıqlarının keşiyində dayansınlar”, -deyə polkovnik qeyd edib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az