Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 51 dəfə

Ötən gün nəqliyyat vasitələri ilə hərəkət edən 806 nəfər cərimələnib

Paylaş

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi  ötən gün ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimini pozanların sayını açıqlayıb.

İdarədən bildirilib ki, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə aprelin 28-i saat 00:00-dan aprelin 29-u saat 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az