Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 59 dəfə

Özünü Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxs saxlanılıb

Paylaş

Nizami rayonunda ayrı-ayrı vətəndaşların evlərinə gedərək özünü guya Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edib həmin şəxslərin yaşadıqları ünvanda dezinfeksiya işləri aparılacağını dəyən və bu məqsədlə onlardan pul tələb edən şəxs saxlanılıb.

Arx.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rayon sakinlərindən Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı bu yolla insanlardan pul toplayan Cəlilabad rayon sakini Vasif Urşanov tutulub.

O, ifadəsində qeyd edib ki, Nizami rayonunda təxminən 30-dan artıq mənzilə gedərək dezinfeksiya işləri adı altında sakinlərdən pul tələb edib. O, pul vermək istəməyən şəxslərə əks təqdirdə Səhiyyə Nazirliyi tərəfindən 28 manat cərimə olunacaqlarını bildirib. Vasif Urşanovun üzərinə baxış zamanı getdiyi evlərin ünvanlarını qeyd etdiyi kitabça da aşkar olunub.

Araşdırma zamanı Vasif Urşanov barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə cinayət işinin icraatda olduğu məlum olub. Faktla bağlı 24-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Vasif Urşanovun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az