Bu Gün Hava: 21°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 70 dəfə

Quranı başa qoymaq və zəncir vurmagın mənası

Paylaş

Quranı başa qoymağın mənası budur ki, lənətə düçar olmuş xəyanəktar Kufə əhli İmam Hüseyni çağırıb öldürəndən sonra hər Qədr gecəsində üzərlərinə Allahın əzabının enəcəyindən qorxaraq Quranı başlarına qoyurmuşlar ki, Allah öz kitabına əzab endirməz.

Necə ki, Siffeyn savaşında Əmr bin As İmam Əliyə məğlub olduqda əsgərlərinə əmr etmişdi ki, Quranları başlarının üstə qaldırıb, nizələrə taxsınlar.

Habelə başa, təpəyə zəncir, qılınc vurmaq, sinə döymək də satqın Kufə əhlinin peşmançılıq hisslərindən qalan ənənədir.

Yəni, bu əməllər Allaha və İmamlara xəyanət edən qövmün peşmançılıq və özünümüdafiə metodudur. Özü də bu metod İslam qaydalarına daban-dabana ziddir. İslam dinində belə tövbə və dua qaydası yoxdur. Bu yəhudilikdən, Zərdüştilikdən, xaçpərəstlikdən və bütpətəstlikdən götürülmə adətlərdir ki, İslama görə bidət, haram və küfr işlər kimi şəriət qanunları ilə qadağan edilib.

Tural İrfan
İlahiyyatçı-yazar

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az