Bu Gün Hava: 11°ABŞ dolları1.7 AZNAvro1.8941 AZN
Oxunub: 24 dəfə

ABŞ hərbi donanması raket yüklü gəmi ələ keçirib

Paylaş

Birləşmiş Ştatların hərbi donanması Ərəb dənizində göyərtəsində raketlərin olduğu yük gəmisi ələ keçirib. 

Arx.az “Əl-Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, ABŞ rəsmiləri 150 tankəleyhinə və üç ədəd yer-hava raketi olan arsenalın İrana aid olduğunu iddia ediblər.

ABŞ hərbi donanmasının bəyanatında deyilir ki, “Normandiya” kreyseri Ərəb dənizində üzən gəmini saxlayıb. “Şübhəli gəminin göyərtəsindən 150 ədəd “Dəhləvi” tankəleyhinə raket aşkar edilib. Rusiyanın “Kornet” raketlərinin əsasında istehsal olunmuş bu silahlar İranda buraxılıb”.

Qeyd olunub ki, ötən ilin noyabrında da Ərəb dənizində bu cür silahlar müsadirə olunub. Amerikalı hərbçilər həmin silahların Yəməndəki Hutsi qiyamçılarına göndərildiyini iddia ediblər.

İran bu bəyanata heç bir reaksiya verməyib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az