Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8352 AZN
Oxunub: 10 dəfə

“Avstriya Hava Yolları” Çinə bütün aviareyslərini ləgv edib

Paylaş

“Avstriya Hava Yolları” (AUA) Çinə olan bütün reyslərini martın 28-dək ləğv edib.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, şirkət bu addımı koronavirusun bu ölkədə hələ də davam etməsi ilə izah edib. Ona görə də qış uçuş cədvəli (28 mart) başa çatana kimi Pekin və Şanxay istiqamətində uçuşlar həyata keçirilməyəcək.

Şirkətdən bildirilib ki, “Avstriya Hava Yolları”, “Lufthansa” və ya “Swiss” şirkətləri tərəfindən satılmış biletlərə görə müştərilərə kompensasiya veriləcək.

Çindəki vəziyyət hazırda Avstriya turizminə təsirsiz ötüşmür. Vyana çinli turistlərin Avropada ən çox səfər etdiyi üçüncü şəhərdir. Hazırda Avstriyaya Çindən təyyarə ilə səfər edən turistlərin sayının illik orta göstəricinin cəmi 16 faizinə düşməsi turizmə mənfi təsir göstərir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az