Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro1.9854 AZN
Oxunub: 53 dəfə

Avstriya Respublikası “Lufthansa“ konsernində pay sahibi olmaq istəyir

Paylaş

Avstriya Respublikası “Avstriya Hava Yolları” (AUA) şirkətinə böhrandan çıxmaq üçün maliyyə yardımı müqabilində şirkətin məxsus olduğu “Lufthansa“ konsernində pay sahibi olmaq istəyir.

Hazırda koronavirus pandemiyası səbəbindən böhran keçirən AUA aviaşirkəti 767 milyon avro məbləğində yardım üçün Avstriya hökumətinə rəsmi şəkildə müraciət edib. Bu məqsədlə “Lufthansa“ konserninin rəhbəri Karsten Şpor aprelin 29-da Vyanada hökumət rəhbərliyi ilə görüş keçirib.

Görüşdən sonra Federal Maliyyə naziri Qernot Blümel bildirib ki, dövlət yardımı üçün “Lufthansa” müəyyən güzəştlərə hazır olmalıdır və iş yerlərinin saxlanması, aviaşirkətin Avstriya mərkəzli olaraq qalması, buradan isə yeni uçuş istiqamətlərinin açılması üçün zəmanət verməlidir.

COVID-19 Maliyyələşdirmə Agentliyinə (COFAG) ünvanlanan yardım müraciətində vəsaitlərin 500 milyon avroluq hissəsi geri ödənilənəcək kreditlər formasında, 267 milyon avronun isə aviaşirkətə əvəzsiz subsidiya kimi verilməsi istəyi əksini tapıb. “Die Presse” qəzetinin araşdırmalarına görə, əvəzsiz veriləcək subsidiya “Lufthansa” konserninin hazırki birja dəyərinin yeddi faizinə bərabərdir və Avstriya hökuməti də həmin vəsaitin qarşılığında konserndə pay sahibi olmaqda maraqlıdır.

Konsern rəhbərliyi isə şirkətin paylarında dövlətlərin iştirakını arzulamır və siyasi qərarlara söykənən idarəçilikdən biznes sərbəstliyi və əməliyyat strategiyasının zərər görəcəyi qənaətindədir. Lakin hazırda 11,3 milyard avro həcmində maliyyə dəstəyinə ehtiyacı olan “Lufthansa”nın danışıqlarda diktə edən tərəf olacağı real görünmür.

Avstriyanın Federal Kansleri görüşlə bağlı mətbuata verdiyi açıqlamada bildirib ki, hökumət ölkə üçün heç bir mənfəət olmadan hansısa alman konserninə maliyyə yardımı göstərməyəcək.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az