Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro1.9854 AZN
Oxunub: 53 dəfə

Beynəlxalq Dini Azadlıqlar Hesabatlarının Türkiyə ilə baglı hissələri yanlışdır

Paylaş

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Beynəlxalq Dini Azadlıqlar Komissiyası tərəfindən dini azadlıqlar mövzusunda bu ölkənin rəhbərliyinə tövsiyə məqsədilə hər il hazırlanan ənənəvi Beynəlxalq Dini Azadlıqlar Hesabatlarının Türkiyə ilə bağlı hissələri yanlış və obyektivlikdən uzaq şəkildə hazırlanıb.

Bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy məsələ ilə bağlı açıqlamasında bildirib.

Mətbuat katibi diqqətə çatdırıb ki, komissiyanın builki hesabatında Türkiyəyə aid hissə qərəzli münasibətin ortaya çıxardığı bir yanaşmadır. Bildirilir ki, hesabat keçmiş illərdə olduğu kimi, yenə də əsassız, qaynağı naməlum, yersiz iddialar əsasında hazırlanıb.

Həmçinin diqqətə çatdırılır ki, komissiyanın dünyada dini azadlıqları təhdid edən çağırışlara yer verməsi fonunda hesabatda Qərbdə və ABŞ-da İslam əleyhinə təbliğatın, dini ayrı-seçkilik və düşmənlik cəhdlərinin artması haqqında heç bir məlumat yoxdur. Bu isə Türkiyəyə qarşı düşmənçilik edənlərin təsiri ilə hazırlanmış hesabatın məqsədinin dini azadlıqlar və haqların qorunması olmadığını açıq şəkildə göstərir.

Açıqlamada qeyd olunur ki, Türkiyədə dini azlıqların azadlığının qorunmasına xüsusi əhəmiyyət verilir. Bundan başqa, nazirlik rəsmisi FETÖ rəhbərinin “ABŞ-da yaşayan din xadimi” kimi xarakterizə edilməsini Türkiyədəki məlum dövlət çevrilişi cəhdini və həmin hadisələrdə 251 günahsız insanın şəhid olmasının görməməzliyə vurulması kimi qiymətləndirir.

Bildirilir ki, Türkiyə ABŞ tərəfini FETÖ-nun əsl üzünü ortaya çıxarmaq üçün əməkdaşlığa dəvət edir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az