Bu Gün Hava: 24°ABŞ dolları1.7 AZNAvro1.858 AZN
Oxunub: 31 dəfə

Cənubi Amerika koronavirusun yeni episentrinə çevrilir

Paylaş

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Amerikada yeni növ koronavirusa yoluxma hallarının sürətlə artmasını narahatlıqla izləyir.

Beynəlxalq təşkilatın fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan bu qitənin pandemiyanın yeni episentrinə çevrildiyini bildirib. Onun sözlərinə görə, qitədəki vəziyyət həyəcan doğurur, lakin qitədəki bütün ölkələr içərisində ən gərgin vəziyyət Braziliyada müşahidə olunur.

Bu ölkə ötən günlərdə Cənubi Amerikada pandemiyanın yeni ocağına çevrilib. Rəsmi rəqəmlərə görə, hazırda Braziliya ABŞ və Rusiyadan sonra bütün dünyada ən çox yoluxma halının qeydə alındığı üçüncü ölkədir. İndiyədək bu ölkədə 310 min yoluxma və 20 min ölüm halı qeydə alınıb.

Ekspertlərin rəyinə görə, rəsmi statistikadan kənar “kölgə rəqəmləri“ daha yüksəkdir, çünki Braziliyada digər ölkələrlə müqayisədə testlər az aparılır. İndiyədək bütün Cənubi Amerika qitəsində 617 min nəfərin COVID-19-a yoluxduğu müəyyən edib, 34 mindən çox insan bu xəstəliklə əlaqədar vəfat edib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az