Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 52 dəfə

Çin Səudiyyə Ərəbistanında laboratoriyalar quracaq

Paylaş

Səudiyyə Ərəbistanı COVID-19 pandemiyası ilə mübarizə məqsədilə Çinlə 265 milyon dollarlıq saziş imzalayıb.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, sənədi Krallığın Milli Təchizat Şirkətinin rəhbəri Abdulla Əl-Rəbiyə və Çinin BGI qrupunun adından bu ölkənin Ər-Riyaddakı səfiri Çen Veyqing imzalayıb.

İmzalanma mərasimində qeyd olunub ki, Çinin şirkətlər qrupu Krallıqda 6 regional laboratoriya quracaq, eyni zamanda, koronavirus testi keçirmək üçün 9 milyon ədəd müvafiq cihaz və 500 mütəxəssis göndərəcək. Bundan başqa, Çindən gətiriləcək səyyar laboratoriyalardan sərnişin təyyarələrində də istifadə etmək mümkün olacaq.

Bildirilib ki, regional laboratoriyalarda gündəlik 500 min test aparıla biləcək, mobil laboratoriyalar isə hər gün 10 min nəfəri yoxlamağa imkan verəcək.

Sazişdə çinli mütəxəssislərin yerli kadrlar üçün doqquz ay müddətində test aparılması üzrə təlimlər təşkil edəcəyi də nəzərdə tutulur. Çin alimləri pandemiyaya qarşı profilaktik tədbirlər çərçivəsində Krallığın vətəndaşlarının genetik xəritəsini də tərtib edəcəklər.

İmzalanmış sənəd qısa müddətdə Səudiyyə Ərəbistanı əhalisinin 40 faizini koronavirus testindən keçirməyə imkan verəcək.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az