Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8352 AZN
Oxunub: 9 dəfə

Çində koronavirusla mübarizə aparan tibbi heyətin 1712 üzvünün virusa yoluxdugu təsdiqlənib

Paylaş

Çində koronavirusla mübarizə aparan tibbi heyətin 1712 üzvünün artıq adıçəkilən virusa yoluxduğu təsdiqlənib. Onlardan altısı artıq dünyasını dəyişib.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Çinin Sağlamlıq Komissiyası məlumat yayıb.

Hazırda Çində virusla mübarizədə ən böyük problemlərdən xüsusi qoruyucu maskaların və digər geyimlərin çatışmamasıdır. Onların lazımi sayda istehsalı hazırkı vəziyyətdə qeyri-mümkündür.

Bu səbəbdən də tibbi heyət eyni qoruyucu maska, geyim və digər vasitələrdən təkrarən istifadə etməli olur. Bu da virusa yoluxma riskini artırır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az