Bu Gün Hava: 10°ABŞ dolları1.7 AZNAvro1.8941 AZN
Oxunub: 28 dəfə

Dmitri Peskov: Rusiya və Türkiyə sıx əlaqədədir

Paylaş

Rusiya və Türkiyə İdlib problemi ilə bağlı müxtəlif səviyyələrdə sıx əlaqədədir.

Arx.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

D.Peskov “Rusiya Xarici İşlər Nazirliyi Rusiya turistlərinə Türkiyəyə getməməyi tövsiyə edəcəkmi” sualına cavabında qeyd edib ki, hazırda bunun üçün əsas yoxdur. O deyib ki, Kreml Rusiyanın Türkiyədəki səfirinin və orada işləyən Rusiya vətəndaşlarının təhlükəsizliyinin tam təmin olunacağına əmindir.

Rəsmi Moskva Rusiyanın Türkiyədəki diplomatik missiyasının rəhbərliyinin və əməkdaşlarının, ümumiyyətlə, bu ölkədə çalışan Rusiya vətəndaşlarının təhlükəsizliyini Vyana Konvensiyasının şərtlərinə, eləcə də ikitərəfli münasibətlərin ruhuna uyğun olaraq tam təmin edəcək.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az