Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0006 AZN
Oxunub: 46 dəfə

Dünyanın 170 tanınmış həkimi ÜST-ə müraciət edib

Paylaş

İndoneziya, Filippin, Şri-Lanka, İraq, Pakistan, Birləşmiş Ərəb Əmirlikləri və bir sıra digər dövlətlərdə fəaliyyət göstərən tanınmış cərrah və həkimlər Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məktub göndəriblər.

170 nəfər həkim və cərrah ÜST-dən ABŞ-a təsir göstərərək İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına nail olmağı tələb edib. Məktubda bildirilir ki, sanksiyalar İrana tibbi ləvazimat və preparatların almasına imkan vermir ki, bu da növbəsində koronavirusa qarşı mübarizəyə böyük maneə törədir. Məhz sanksiyaların nəticəsidir ki, bu gün İranda günahsız insanlar xəstəlikdən əziyyət çəkir. Həkimlər sanksiyaların insanlığa sığışmadığını bildiriblər.

Nəzərə çatdırmaq lazımdır ki, prezident Donald Tramp ÜST-nın Baş direktoru Tedros Adhanomu koronovirus barədə vaxtında və düzgün məlumat verməməkdə, hətta məlumatları gizlətməkdə, eləcədə korrupsiyada ittiham edir və onun istefaya çağırır. D. Tramp ÜST-də maliyyə ayırmaqdan imtina etdiyini də bəyan edib.

Qeyd etmək lazımdır ki, ÜST-in fəaliyyəti ABŞ-dan asılıdır. ABŞ-ın maliyyə dəstəyi və resursları olmasa ÜST fəaliyyəti dayanar.

Odur ki, bu məktubun nə qədər təsirli olacağını demək çətindir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az