Bu Gün Hava: 7°ABŞ dolları1.7 AZNAvro1.8352 AZN
Oxunub: 13 dəfə

Ər-Riyad Ərəb Qadınlarının Paytaxtı elan edilib

Paylaş

Ərəb Dövlətləri Liqasının nəzdində fəaliyyət göstərən Ərəb Qadın Komitəsinin fevralın 13-də keçirilən 39-cu sessiyasında Ər-Riyad şəhəri 2020-ci ildə Ərəb Qadınlarının Paytaxtı elan edilib. Bu barədə Səudiyyə Ərəbistanının SPA rəsmi informasiya agentliyi xəbər verib.

Arx.az agentliyin saytına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının Ailə Məsələləri Şurasının baş katibi Halə əl-Tüveyrci deyib: “Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın da dediyi kimi, Ər-Riyadın paytaxt olması çərçivəsində keçiriləcək tədbirlərdə dünyanın müxtəlif ölkələrindən qadınlar da iştirak edə bilərlər”.

Ərəb Qadın Komitəsinin sessiyasında Yaxın Şərq qadınlarını yaxından maraqlandıran məsələlər, o cümlədən iqtisadi, səhiyyə problemləri, regional strategiyalar müzakirə olunub. Halə əl-Tüveyrci əlavə edib: “Zərif cinsin nümayəndələri cəmiyyətin, ictimai həyatın yarısıdır. Qadınların rifahına və məşğulluğuna qoyulan sərmayələr, eyni zamanda, ölkələrin tərəqqisinə verilən töhfədir”.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi 2030-cu ilədək iqtisadiyyatın şaxələndirilməsi planını elan edib. Bu islahatlar çərçivəsində qadınların hüquqları daha da genişləndirilir: onlara avtomobil idarə etməyə, xarici pasport almağa və təkbaşına sərbəst səyahət etməyə icazə verilib. Bundan başqa, Dünya Bankının hesabatına görə, bu ölkədə 2017-ci ildən bəri iqtisadiyyatda gender bərabərliyi üzrə mühüm irəliləyiş əldə olunub.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az