Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 52 dəfə

Erməni ordusunun zabitləri fərarilik ediblər

Paylaş

Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən əsgərlərlə yanaşı, zabitlərin də hərbi hissəni özbaşına tərk etmələri halları artıb. Bu günlərdə məlum olub ki, üç nəfər zabit hərbi hissədən qaçıb.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, 6-cı Dağ Atıcı Alayının zabitləri Daro Harutunyan və Albert Hambaryan hərbi hissədə mövcud olan dözülməz şəraitə etiraz əlaməti olaraq xidmət yerlərini icazəsiz tərk ediblər.

Digər zabit, artilleriya divizionunun komandiri Qaprel Qaprelyan isə məzuniyyətə gedib və istirahət müddəti bitdikdən sonra hərbi hissəyə qayıtmaqdan imtina edib.

Hər 3 fərari zabit barədə hərbi polisə məlumat verilib, barələrində cinayət işi açılıb və araşdırma aparılır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az