Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 45 dəfə

Estoniyada 1660 nəfər koronavirusa yoluxub

Paylaş

Estoniyada son sutka ərzində koronavirusa (COVID-19) yoluxanların sayı 13 nəfər artaraq 1660-a çatıb.

Bu barədə Estoniya Səhiyyə Departamenti məlumat yayıb. Bildirilib ki, epidemiyanın yayıldığı tarixdən bəri ölkədə 49 min 527 nəfər müayinə olunub.

Virusa yeni yoluxma hallarının artacağı istisna olunmur.

Departamentin məlumatına əsasən, son sutka ərzində COVID-19 virusuna görə 1124 nəfərdən götürülən analizin 13-nün nəticəsi müsbət çıxıb.

Qeyd edək ki, indiyədək bu ölkədə koronavirusdan 50 ölüm faktı qeydə alınıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az