Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro1.9854 AZN
Oxunub: 51 dəfə

Finlandiyada COVID-19-dan ölənlərin sayı artıb

Paylaş

Finlandiyada COVID-19 yoluxanların sayı 4906-ya, ölənlərin sayı isə 206 nəfərə çatıb.

Arx.az Finlandiya KİV-lərinə istinadən xəbər verir ki, son 24 saat ərzində daha 7 nəfər bu xəstəlikdən dünyasını dəyişib. Bununla yanaşı, aprelin 29-da daha 166 yoluxma halı qeydə alınıb. Həmçinin indiyədək 2800-dən çox xəstə infeksiyadan sağalıb.

Yerli hakimiyyət orqanları Finlandiyada koronavirusa yoluxmuş insanların ehtimal olunan sayının rəsmi rəqəmlərdən daha çox olduğunu bildirib. Belə ki, bu günə qədər yüngül simptomları olan insanların heç də hamısı müvafiq testlərdən keçirilməyib və səhiyyə orqanlarında asimptomatik infeksiyalar barədə məlumat yoxdur.

Hazırda xəstəxanalarda 208 xəstə var ki, onlardan 51-i reanimasiyadır.

Xatırladaq ki, Finlandiya hökumətinin qərarına əsasən, ölkədəki laboratoriyalarda gündə təqribən 5500 nəfər testdən keçir.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az