Bu Gün Hava: 12°ABŞ dolları1.7 AZNAvro1.874 AZN
Oxunub: 17 dəfə

Fransa İraqdakı qoşunlarını geri çagırıb

Paylaş

Sürətlə yayılan COVID-19 Fransanı qoşunlarını İraqdan geri çağırmağa məcbur edib.

Arx.az Azərtac-a istinadla xəbər verir ki, bu barədə pandemiya ilə əlaqədar ölkədə yaradılmış qərargah məlumat yayıb.

Məlumatda qeyd edilir ki, İraq hökuməti ilə razılaşmaya əsasən koalisiya mövcud sanitar böhranı nəzərə alaraq, bu ölkənin təhlükəsizlik qüvvələri üçün təlim fəaliyyətini müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

Bildirilib ki, Fransa İraqda “Şammal” əməliyyatına cəlb olunmuş təxminən 200 nəfərdən ibarət şəxsi heyətinin ölkəyə qaytarılması ilə bağlı qərar qəbul edib.

Qeyd edək ki, indiyədək dünyada COVID-19-a yoluxanların sayı 450 minə çatıb. Fransada bu virusdan 1331 ölüm halı qeydə alınıb.

Fransa Prezidenti Emmanuel Makron Müluz şəhərində səyyar hərbi xəstəxanasındakı çıxışı zamanı COVID-19 epidemiyasının yaxınlaşmaqda olan pik dövrü ilə əlaqədar hərbi qüvvələrin mübarizəyə cəlb ediləcəyini bildirib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az