Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 47 dəfə

Fransada koronavirusdan ölənlərin sayı artıb

Paylaş

Fransada COVID-19 epidemiyasından ölənlərin sayı 14810-u xəstəxanalarda, 8850-si qocalar evlərində olmaqla 23660-a çatıb. Son 24 saat ərzində 367 ölüm faktı qeydə alınıb.

Bu haqda Fransanın səhiyyə üzrə baş direktoru Jerom Salomon mətbuata açıqlamasında deyib.

Fransada koronavirusa yoluxanların sayı 129859-a çatıb ki, bunlardan 1520-si son bir sutkada aşkarlanıb.

Qeyd edib ki, epidemiya başlayandan xəstəxanalara 90 min xəstə yerləşdirilib. Hazırda xəstəxanalarda 27484 xəstə var ki, 4387-si ağır vəziyyətdə reanimasiya şöbələrindədir. Bu gün xəstəxanalara 1474 yeni xəstə qəbul edilib ki, onlardan 153-ü reanimasiyaya yerləşdirilib. Bu günə qədər 46886 xəstə sağalıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az