Bu Gün Hava: 22°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 36 dəfə

Gürcüstanda komendant saatı başa çatıb

Paylaş

Mayın 23-dən etibarən Gürcüstanda fövqəladə vəziyyət rejimi və komendant saatı başa çatıb.

Bununla yanaşı, bir sıra məhdudiyyət və qadağalar hələ bir müddət qüvvədə saxlanılacaq.

Qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafə saxlamaq mütləqdir.

Gürcüstanda restoran, kafe və barlarda yerində xidmət, mehmanxanalar, iri ticarət mərkəzləri, geyim və ayaqqabı mağazaları, idman və mədəniyyət obyektlərinin fəaliyyətinə tətbiq olunan məhdudiyyətlər davam edəcək. İctimai nəqliyyatın işi bərpa olunmayacaq, toy və digər bu kimi izdihamlı tədbirlərə icazə verilməyəcək.

Bununla yanaşı, Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri və Tetritskaro rayonunda sərt karantin rejimi davam etdiriləcək.

Gürcüstan hökuməti iyulun 15-dək müəyyən məhdudiyyətləri ölkədə fövqəladə vəziyyət elan etmədən tətbiq etmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, Gürcüstanda martın 21-də aprelin 21-dək elan edilən fövqəladə vəziyyətin müddəti əvvəlcə mayın 10-dək, sonra isə mayın 22-dək uzadılıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az