Bu Gün Hava: 23°ABŞ dolları1.7 AZNAvro1.858 AZN
Oxunub: 41 dəfə

İran həkimləri Antonio Quterreşə məktub ünvanlayıblar

Paylaş

İranın Tibb Təşkilatlarının Assosasiyası BMT-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.

İranın 700 nəfər görkəmli həkiminin imzası ilə yazılan məktubda BMT Baş katibindən İrana qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasına köməklik göstərməsi xahiş olunub.

Məktubu imzalayanlar qeyd ediblər ki, İrana qarşı tətbiq edilən sanksiyalar beynəlxalq qanunlara zidd olmaqla yanaşı, həm də qeyri-insani xarakter daşıyır.

Nəzərə çatdırılıb ki, koronavirus pandemiyasının dövründə tətbiq edilən iqtisadi sanksiyalar virusa qarşı aparılan mübarizəni çətinləşdirib. İnsanlar sadə dərmanların çatışmazlığı ucbatından həlak olurlar. Müalicənin davam etdirilməsi üçün dərman preparatları çatışmır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az