Bu Gün Hava: 21°ABŞ dolları1.7 AZNAvro1.9044 AZN
Oxunub: 34 dəfə

İranda karantinin yumşaldılması yoluxmanın artmasına səbəb olub

Paylaş

İranda karantin rejiminin yumşaldılması koronavirusa yoluxanların sayının artmasına səbəb olub.

Arx.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib.

Onun sözlərinə görə, son 24 saat ərzində 1869 nəfər virusa yoluxub, 59 nəfər isə həyatını itirib. Bununla da İranda virusa yoluxanların ümumi sayı 133 min 521 nəfərə, ölənlərin sayı isə 7 min 359 çatıb.

Mətbuat katibi diqqətə çatdırıb ki, xüsusi xəstəxanalarda müalicə alan 104 min nəfər sağalaraq evə buraxılıb, 2 min 633 nəfərin vəziyyəti ağır olaraq qalır.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az