Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 40 dəfə

İranda koronavirusa yoluxanların sayı artıb

Paylaş

İranda koronavirusun yayılması nəticəsində ölən və yoluxanların sayında azalma müşahidə edilsə də, vəziyyət təhlükəli olaraq qalır.

Bu sözləri İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur deyib.

O bildirib ki, son 24 saat ərzində 1023 nəfər virusa yoluxub və onlar xüsusi xəstəxanalara yerləşdirilib. Bu müddət ərzində 80 nəfər həyatını itirib. Beləliklə, İranda virusa yoluxanların sayı 93 min 657 nəfərə, ölənlərin sayı isə 5957-yə çatıb.

K.Cahanpur bildirib ki, İranda bu günədək 453 min 386 nəfər testdən keçirilib.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az