Bu Gün Hava: ABŞ dolları1.7 AZNAvro2.0142 AZN
Oxunub: 47 dəfə

İranda koronavirusdan ölənlərin sayı azalır

Paylaş

Son sutka ərzində İranda koronavirusa 1153 nəfər yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 90 min 481 nəfərə çatıb.

Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. O bildirib ki, son 24 saat ərzində İranda koronavirusa yoluxan 60 nəfər həyatını itirib və bu da ölüm hallarının tədricən azalmasını göstərir.

Qeyd edək ki, İranda karantin rejimi də tədricən yumşaldılır. Artıq böyük ticarət mərkəzlərinin və bazarların açılmasına icazə verilib.

Ümumilikdə İranda bu virusdan ölənlərin sayı 5710-dur. Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 69 min 657 nəfər sağalaraq evə buraxılıb.

Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

top.moy.az